Xınalıq kəndi yenidən ağ örpəyə bürünüb
Bu gün səhərdən hava şəraitinin sərt şəkildə dəyişməsi nəticəsində Azərbaycanın Sibiri hesab edilən Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.
Mediainfo.az-a Qubadan verilən xəbərə görə yağan qarın hündürlüyü bəzi yerlərdə 5-10 santimetrə çatıb. Hazırda qar ara vermədən yağmaqda davam edir. Havaların qəfildən soyuması ilə bağlı Xınalıq kəndinə gedən yolun bəzi hissələri buz bağlayıb. Yolda gediş-gəlişin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.
Digər xəbərlər









































.jpg)




















































