
Xocasəndə bir nəfər bıçaq yarasından öldü
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, paytaxtda ötən gün 3 bıçaqlanma hadisəsi qeydə alınıb. bu hadisələrdən 1-i ölümlə nəticələnib: "Ölümlə nəticələnən hadisə Binəqədi rayonunun Xocasən qəsəbəsində "Yeni evlər" adlanan ərazidə baş verib. 33 yaşlı Rəcəbov Müslüm 28 yaşlı Xosrov Mikayılovu bıçaqla öldürüb. Onun özü də yaralıdır. Hazırda 1 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı polisə məlumat verilib. İstintaq aparılır".
O.M.
Digər xəbərlər