
Dünən Bakıda 25 nəfər dəm qazından zəhərləndi, 21 nəfər sürüşərək travma aldı
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, ötən gün ərzində təcili yardıma ümumilikdə 1581 müraciət daxil olub. Onlardan 171 nəfəri xəstəxanaya çatdırılıb. Ötən gün 58 nəfər müxtəlif dərəcəli travmalar alıb, onlardan 43 nəfəri xəstəxanaya yerləşdirilib. Hava şəraiti ilə əlaqədar sutka ərzində 21 nəfər travma alıb, onlardan 20-si xəstəxanaya çatdırılıb.
Kəskin hava şəraiti ilə əlaqədar Bakıda yanvarın 28-dən fevralın 12-dək 435 nəfər xəsarət alıb. Onların 342 nəfəri xəstəxanalara çatdırılıb.
Ötən gün ərzində paytaxta 25
nəfər dəm qazından zəhərlənib. Onlardan 11 nəfəri xəstəxanaya çatdırılıb.
Qalanları isə yüngül zəhərləndiklərinə görə yardım göstərilərək evdə
saxlanılıblar. Ümumilikdə yanvarın 28-dən fevralın 12-dək Bakıda
376 nəfər dəm qazından zəhərlənib. Onlardan 216 nəfəri xəstəxanaya çatdırılıb.
Ötən sutka ərzində Bakıda 3 avtomobil qəzası olub,
nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib.
O.M.