
Ekvadordan İtaliyaya gedən diplomatik yükdə 40 kq kokain tapıldı
Ekvador Xarici İşlər naziri Rikardo Patinonun jurnalistlərə verdiyi məlumata görə, İtaliya polisi Ekvadordan göndərilmiş diplomatik yükdə 40 kq kokain tapıb. İnterfax-ın xəbərində bildirilir ki, narkotik maddə ekvadorlu teatr aktyoru Kristian Looranın yükündə müəyyən edilib. İtaliyada keçiriləcək festivala truppanı Ekvador XİN-i göndərib.
Xatırladaq ki, diplomatik yükdə poçt sənədləri və digər xırda əşyalar olur. Bu tip yüklər heç zaman yoxlanılmır. 1961-ci il Vyana konvensiyasına əsasən diplomatik yüklərin yoxlanılması qəti qadağandır.
Deməli, qalmaqalın bir tərəfində narkotik durursa, digər tərəfində beynəlxalq qanunların pozulması dayanır.
Aqil Hüseynov
O.M.
Digər xəbərlər