"Lider" televiziyasının rejissoru vəfat etdi

"Lider" televiziyasının rejissoru vəfat etdi

10 Fevral 2012 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Lider" televiziyasının rejissoru, yazıçı Pərviz Yusifov ötən gecə qəflətən vəfat edib. 36 yaşında dünyasını dəyişən mərhum, uzun müddət xəstəlikdən əziyyət çəkib. Ötən gecə halı daha da pisləşən P.Yusifov 1 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Mərhumun cənazəsi Zaqatalaya aparılıb və doğulduğu Muxax kəndində torpağa tapşırılacaq. Qeyd edək ki, P.Yusifov 1976-cı il aprelin 28-də anadan olub.

O.M.