Qapı arxasında köməksiz qalan xilas edilib

Qapı arxasında köməksiz qalan xilas edilib

5 Aprel 2019 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 5 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" və "Hyundai" markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.