Nəsimi və Yasamal rayonlarında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb. Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 m2 olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə, digər otağın və dəhlizin tavanı 20 m2 sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 5 m² olan köşkün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Abşeron rayonunda "Shacman" markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 36 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və lambirindən ibarət tavan 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











































.jpg)


















































