Hərbi akademiyada partlayış baş verib: yaralılar var

Hərbi akademiyada partlayış baş verib: yaralılar var

2 Aprel 2019 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Sankt-Peterburq şəhərində partlayış meydana gəlib.

Partlayışın Aleksandr Mozayski adına Hərbi Kosmik Akademiyanın yerləşdiyi binada baş verdiyi bildirilir.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alanlar var.

Rəsmi açıqlamaya görə, partlayışın səbəbi hələ ki, bilinmir.

Qeyd edək ki, Aleksandr Mozayski Akademiyası Rusiyanın ən böyük hərbi məktəblərindən biri hesab olunur. (publika.az)