Misir Mərdanov avtomobil qəzasına düşüb

Misir Mərdanov avtomobil qəzasına düşüb

27 Mart 2019 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

Bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib.
O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: "Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram".

Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.