Qaradağ rayonunda yanğın olub
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sumqayıt şəhərində ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otağın içərisində taxta tullantıları 5 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Tovuz rayonunun Xatınlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











































.jpg)


















































