İmişli və Sabirabadda yanğın baş verib
İmişli rayonunun Qaragüvəndikli kəndində 210 m² sahədə kol-kos, qamış və 50 p.m kabel yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 300 m² olan talvarın altına yığılmış 6 ton ot bağlamasının 3 tonu, taxtadan ibarət çəpər 20 m² sahədə və yol kənarında 10 m² sahədə kol-kos yanıb. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Eyvazalılar kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











































.jpg)


















































