Siqaret çəkmək üçün qadının üzünə qələm batırıb

Siqaret çəkmək üçün qadının üzünə qələm batırıb

21 Aprel 2011 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu-Yorkda metro stansiyasında bir qadının üzünə qələm batırıblar. Hadisə qadının metroda siqaret çəkməyə başlayan bir kişiyə mane olmaq istədiyi vaxtda baş verib. Şahidlərin dediklərinə görə, Evelin Siqer adlı bu qadının metroda siqaret çəkmək istəyən bir şəxslə başladıqları mübahisə qələmin onun üzünə batırılması ilə nəticələnib.

Qadın hadisədən sonra müalicə olunmaq üçün xəstəxanaya aparılıb. Onun üzünə qələm batıran şəxs isə polis məmurları tərəfindən həbs edilib.

Siqaret orqanizmə ziyandır! Siqaret çəkənə mane olmaq da həmçinin...

Hafiz Əhmədov

O.M.