Respublikamızın bəzi rayonlarında yanğın baş verib

Respublikamızın bəzi rayonlarında yanğın baş verib

13 Mart 2019 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqan rayonunun İkinci Şahsevən kəndində 35 ha sahədə kol-kos və qamışlıq yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində ümumi sahəsi 100 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisində olan mallar qismən yanıb. Mağazanın anbarı və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.