Lənkəranda və Beyləqanda ev yanıb
Lənkəran şəhərinin Kənarmeşə kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın, aynabəndin və dam ortüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Bolsulu kəndində həyətyanı sahəyə yığılan 6,4 ton ot bağlamasının 2,4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Lerik rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











































.jpg)


















































