
Dünən 9 nəfər dəm qazından zəhərləndi, 13 nəfər sürüşərək ciddi travma aldı
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, ötən gün stansiyaya 1440 müraciət daxil olub. Müraciət edənlərin 156-sı xəstəxanaya çatdırılıb. Müraciətlərin 51-i travmalarla bağlı olub. 13 nəfər buzda sürüşmə nəticəsində müxtəlif dərəcəli travma alıb. Travma alanlardan 12-si xəstəxanalara çatdırılıb. M.Həmidovun sözlərinə görə, fevralın 6-da Bakıda 9 nəfər dəm qazından zəhərlənib. Onlardan 4-ü xəstəxanalara yerləşdirilib. Nərimanov rayonu ərazisində yaşayan 35 yaşlı bir kişi isə dəm qazından zəhərlənərək ölüb. Ötən sutka ərzində baş verən 4 yol-nəqliyyat hadisəsi nəticəsində isə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanalara yerləşdirilib.
O.M.
Digər xəbərlər