Rusiyada  7 nəfər yanaraq ölüb

Rusiyada 7 nəfər yanaraq ölüb

27 Fevral 2019 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Kemerovo vilayətinin Mariinsk şəhərindəki şəxsi evlərdən birində yanğın baş verib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə REN TV telekanalı məlumat yayıb. Yanğına səbəbin ev sahibləri tərəfindən təşkil edilən içki məclisinin olduğu ehtimal edilir. Yanğın zamanı ölənlər arasında iki azyaşlı uşaq da olub. Yanğınsöndürənlərin bütün cəhdlərinə baxmayaraq yanan evdən heç kimi sağ çıxartmaq mümkün olmayıb. Baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.