
Xətai rayonunda ev yanıb
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin bir otağında 1 ədəd divan yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qəbələ rayonunun Zirik kəndində ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.