
Tərtər və Füzulidə atəşkəs pozuldu
Düşmən cavab atəşi ilə susduruldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 6-da saat 11.30-dan 11.35-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.40-dan 16.43-dək isə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər