
Kanadada böyük avtomobil qəzası olub
Kanadada davam edən soyuq və qarlı hava şəraiti ölkənin yollarında böyük problemlərə, çoxsaylı qəzalara səbəb olmaqdadır.
Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, Kanadanın şərqində Ontario əyalətində kəskin hava şəraiti ilə əlaqədar 70-dən çox nəqliyyat vasitəsi qəzaya uğrayıb. Toqquşma nəticəsində avtomobillərin çoxu yararsız hala düşüb, sürücülər arasında xəsarət alan var. Qəzaya uğrayan avtomobillər arasında benzindaşıyan maşın da olub. Hadisə nəticəsində yanacaq magistral yola dağılıb. Xoşbəxtlikdən bu zaman yanğın baş verməyib.
Digər xəbərlər