Goranboy, Xaçmaz, Qax və Sabunçu rayonlarında yanğın olub

Goranboy, Xaçmaz, Qax və Sabunçu rayonlarında yanğın olub

25 Fevral 2019 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboy rayonunun Səmədabad kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb və orada vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Çarxı kəndində ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi sahəsi 9 m² olan hamamın lambirindən ibarət tavanı əriyib. Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qax rayonunda ümumi sahəsi 360 m² olan (hər mərtəbəsi 180 m²) ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 56 m² sahədə, birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 56 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Samux rayonunun Alabaşlı qəsəbəsində ümumi sahəsi 184 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 28 m² sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.