Tanınmış jurnalist Natiq Qocayev vəfat edib
Azərbaycan jurnalistikasının inkişaf etdirilməsində özünəməxsus xidmətləri olan "Oxu məni" qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, həmçinin Mediapress saytının təsisçisi və baş redaktoru, jurnalistikamızın inkişafındakı xidmətlərinə görə prezident İlham Əliyev tərəfindən"Tərəqqi" medalı ilə təltif edilən tanınmış jurnalist Natiq Qocayev (Qocaman) düşdüyü komadan ayılmayaraq vəfat edib. Bu ağır itki münasibəti ilə "Oxu məni" qəzeti və "Mediainfo.az" saytının təsisçisi və baş redaktoru Emin Axund hər iki mətbu orqanın kollektivi adından, həmçinin dünyasını dəyişən jurnalistin yaxın dostları Zaur, Fuad və Vüqar mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, ruhu şad olsun.
Digər xəbərlər











































.jpg)


















































