Qaradağ, Nizami və  Balakən rayonlarında yanğın baş verib

Qaradağ, Nizami və Balakən rayonlarında yanğın baş verib

22 Fevral 2019 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 350 m² olan tikilinin taxta atmaları 100 m² sahədə və içərisindəki 14 ton ot bağlamasının 7 tonu yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan köşkün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 720 m² olan tikilinin (qurutma sexi kimi fəaliyyət göstərir) içərisində 150 ədəd plastik tara yanıb. Taraların qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.