Şəmkirdə baş verən qəza ölümə səbəb olub

Şəmkirdə baş verən qəza ölümə səbəb olub

21 Fevral 2019 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Toyota Prado" ilə "VAZ-21010" markalı avtomobilin toqquşması nəticəsində "VAZ"ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.

Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo