Siyəzəndə ev, Yasamalda mağaza  yanıb

Siyəzəndə ev, Yasamalda mağaza yanıb

21 Fevral 2019 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 12 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) içərisində 2 ədəd məişət avadanlığı qismən yanıb. Tikili yanğından mühafizə olunub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirindən ibarət tavan 7 m² sahədə və mətbəx mebeli qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.