Yaponiyada qəzaya uğrayan təyyarənin pilotları axtarılır

Yaponiyada qəzaya uğrayan təyyarənin pilotları axtarılır

20 Fevral 2019 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər Yaponiya özünümüdafiə qüvvələrinin qəzaya uğrayan F-2 qırıcı təyyarəsinin pilotlarının axtarışları davam edir.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, hələlik pilotların sağ qalıb-qalmaması məlum deyil. Bununla belə Yaponiya Müdafiə naziri Takeşi İvaya parlamentdəki çıxışında pilotların sağ olduğunu bildirib. Lakin o bununla bağlı hər hansı fakt göstərməyib. Hazırda pilotların axtarışları davam edir.