Xətaidə ev, Ucarda maşın, Ağcabədidə tövlə yanıb

Xətaidə ev, Ucarda maşın, Ağcabədidə tövlə yanıb

20 Fevral 2019 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayonunun Cəfərbəyli kəndində ümumi sahəsi 74 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Mediainfo.az-ın verdiyi məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Xələc kəndində "Shacman" markalı yük avtomobilinin ön təkərləri, mühərrik və kabinə hissəsi yanıb. Yük avtomobilin qalan hissəsi yanğından mühafizə olunub;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 70 m² olan 2 otaqlı evin dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.