Zabratda yaşayış evi yanıb

Zabratda yaşayış evi yanıb

20 Fevral 2019 06:47
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.