Şamaxı və Qubaya yağan qar yollarda problemlərə səbəb olub

Şamaxı və Qubaya yağan qar yollarda problemlərə səbəb olub

19 Fevral 2019 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşamdan respublikamızın rayonlarına yağmağa başlayan qar coxsaylı problemlərə səbəb olub.

Mediainfo.az-a Şamaxıdan verilən xəbərə görə yağan qarın hündürlüyü şəhərin özündə 35-40 sm, rayonun dağlıq kəndlərində isə 50-55 sm-ə çatıb. Bu da nəqliyyatın işini xeyli çətinləşdirib. Xüsusi ilə Ağsu dolamalarında hündürlüyü 40 sm-ə çatan qar nəqliyyatın hərəkətini iflic edib, onlarla maşın Ağsu və əks istiqamətdə yolda qalıb.

Qubaya da yağan qar yollarda nəqliyyatın hərəkətində problemlərə səbəb olub. Qubadan aldığımız son məlumata görə Bakı-Quba və Quba-Bakı istiqamətində nəqliyyatın hərəkəti bəzi yerlərdə iflic olub. Qubanın ucqar Xınalıq, Susay və Qrız kəndlərinə yağan qarın hündürlüyü 80-85 sm-çatıb, bəzi kəndlərlə rayon mərkəzinin əlaqəsi kəsilib. Qarlı hava şəraitinin sabahdan etibarən yumşalacağı, yağıntının kəsiləcəyi, havanın tədricən isinəcəyi gözlənilir.

Əziz Mustafa