Kubada qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Kubada qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

17 Fevral 2019 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvar ayında Kubada baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən "Nuevo Herald" portalı məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət zamanı bir neçə yerindən xəsarət alaraq xəstəxanaya yerləşdirilən, orada iki dəfə əməliyyat olunan 41 yaşlı qadın həkimlərin səylərinə baxmayaraq, fevralın 14-də dünyasını dəyişib.

Bundan əvvəl ölənlərin sayı 6 nəfər idi.