
Hindistanda MiQ-27 qırıcı təyyarəsi qəzaya uğrayıb
Hindistanın Racastan ştatında qırıcı-bombardmançı MiQ-27 təyyarəsi qəzaya uğrayıb.
Mediainfo.az-ın NDTV telekanalına istinadən verdiyi xəbərə görə, təyyarə Caysalmeradan havaya qalxıb və plana uyğun hərbi uçuş həyata keçirib. Təyyarə qəzaya uğrayan zaman pilot vaxtında onu tərk edərək sağ-salamat yerə enə bilib.
Xatırladaq ki, oxşar hadisə ötən ilin noyabr ayının 3-də Misirdə MiQ-29M qırıcı-bombardmançı təyyarəsi ilə də baş vermişdi.
Bu yaxınlarda Türkiyədə baş verən analoji qəza zamanı isə 3 nəfər heyət üzvü həlak olmuşdu.
Digər xəbərlər