Səbail rayonunda fərdi yaşayış evində partlayış olub

Səbail rayonunda fərdi yaşayış evində partlayış olub

13 Fevral 2019 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olması barədə məlumat daxil olmuşdur.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunmuş, digər aidiyyəti dövlət qurumları məlumatlandırılmışdır. Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunmuşdur. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunmuşdur.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş vermişdir. Əlavə məlumat veriləcək.