
ABŞ generalı Əfqanıstanda öldü
ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin yüksək rütbəli zabiti, ABŞ ordusunun hazırlıq və texniki dəstək 13-cü Ekspedisiya Korpusunun komandiri, briqada generalı Terens Hildner müəyyən olunmayan səbəblərdən Əfqanıstandakı hərbi bazada vəfat edib. Reuters-in xəbərinə görə, bu barədə ABŞ hərbi komandanlığı məlumat verib. Məlumatda bildirilir ki, 2011-ci ilin dekabrında Texasın "Ford Hud" hərbi bazasından Əfqanıstana gələn 49 yaşlı general dünən gündəlik toplantıya gəlmədiyi üçün barəsində axtarış elan olunub. O, xidməti kabinetində huşsuz vəziyyətdə tapılıb. İlkin tibbi yardım göstərilsə də, Terens Hildneri həyata qaytarmaq mümkün olmayıb. Bu, ABŞ ordusunun Əfqanıstanda verdiyi ilk böyük itkidir.
Ehtimal olunur ki, Küveyt və İraqdakı hərbi əməliyyatlarda uğur qazanmış Terens Hildner gərgin iş rejiminə görə infarkt və ya insult keçirmiş ola bilər.
Hər zaman öldürən bir gün özü də ölür...
Murad Şahməmmədov
O.M.