Hindistan sahillərində güclü zəlzələ baş verib

Hindistan sahillərində güclü zəlzələ baş verib

12 Fevral 2019 08:58
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistan sahillərindən təqribən 500 km aralıda, Benqal körfəzi hövzəsində güclü zəlzələ olub.

Yeraltı təkanlar 5,6 maqnituda gücündə qeydə alınıb.

Zəlzələ Vişakhapatnam şəhərindən 476 km. cənub-şərqdə baş verib.

Daha əvvəl İranın cənubunda 5,3 maqnituda gücündə baş vermiş zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb. (report)