Rusiyalı turist  bədbəxt hadisə nəticəsində Bankokda  ölüb

Rusiyalı turist bədbəxt hadisə nəticəsində Bankokda ölüb

11 Fevral 2019 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan olan 44 yaşlı turist Bankok hava limanında 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Mediainfo.az-ın russian.rt-ya istinadən verdiyi xəbərə görə, rusiyalı turist Vyetnamdan Tailanda gəlib.

Öz növbəsində Rusiyanın Tailanddakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Vladimir Pronin rusiyalı turistin bədbəxt hadisə nəticəsində ölməsi faktını təsdiqləyib: "Bizə vətəndaşımızın bədbəxt hadisə nəticəsində Suvarnabxumi hava limanında ölməsi barədə polisdən protokol daxil olub".

Hazırda Tailand polisi baş verən hadisəni araşdırır.