Lənkəranda mikroavtobus yanıb
Lənkəran şəhərində "Mercedes" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları qismən yanmışdır.
Mediainfo.az -ın verdiyi xəbərə görə mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Goranboy rayonunun Hazırəhmədli kəndində ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.











































.jpg)


















































