
58 yaşlı ARDNŞ əməkdaşı iş başında vəfat etdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, fevralın 4-də səhər saat 7:00 radələrində "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" NQÇİ-də operator işləyən 1954-cü il təvəllüdlü Gözəlov Şakir Ağabala oğlu növbəyə getmək üçün Bakı Dəniz limanında "General Əsədov" sərnişin gəmisinə mindikdən sonra özünü pis hiss edib. Gəminin həkimi ona tibbi yardım göstərməyə çalışıb, lakin bunun nəticəsi olmayıb və Şakir Gözəlov vəfat edib.
O.M.
Digər xəbərlər