İstanbulda dağıntılar altında 2 nəfər ölüb

İstanbulda dağıntılar altında 2 nəfər ölüb

7 Fevral 2019 06:33
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə çökmüş binada axtarış-xilasetmə işlərinə İstanbul, Sakarya və Bursadan 59 işçi heyəti, 5 axtarış iti, 12 xüsusi xilasetmə vasitəsi, Böyükşəhər Bələdiyyəsinin 107 tibbi personalı, 40 müxtəlif texnika və 4 işıqlandırma qurğu cəlb edilib.

Ən son məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 7 yaralı xəstəxanaya yerləşdirilib, dağıntılar altında qalmış 4 nəfərlə telefon əlaqəsi yaradılıb.

Axtarış və xilasetmə işləri davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İstanbulda çökmüş səkkizmərtəbəli binanın 7 mərtəbəsində 14 mənzil olub. Birinci mərtəbəsində atelye olduğu bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalara əsasən binada 43 nəfər qeydiyyatda olub.(azərtac)