
Meksikada boru kəmərində partlayış nəticəsində ölənlərin sayı artıb
Yanvarın 18-də Meksikada boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı artmaqda davam edir.
"Çərşənbə günü Latın Amerikası ölkəsinin Sosial Sığorta İnstitutu daha bir nəfərin öldüyünü bəyan edib.
"Ona Mexiko şəhərində ixtisaslaşdırılmış tibb müəssisəsində yardım göstərilib", - deyə qurumun açıqlanan məlumatında bildirilir.
Beləliklə, ölənlərin sayı artıq 128 nəfər təşkil edir, onların 68 nəfəri partlayış zamanı həyatını itirib.(report)
Digər xəbərlər