Kral və kraliçanın oğurlanmış tacları zibillikdən tapıldı

Kral və kraliçanın oğurlanmış tacları zibillikdən tapıldı

6 Fevral 2019 06:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ilin 1 avqustunda İsveçin 17-ci əsrdə yaşamış kralı 9-cu Karl və həyat yoldaşı kraliça Kristinanın oğurlanmış tacları və səltənət kürəsi zibillikdən tapılıb.

Stranqas kilsəsindən oğurlanmış tarixi əşyalar paytaxt Stokholmun ətrafındakı məhəllələrdən birindəki zibil yeşiyindən tapılıb.

Polis rəsmiləri tapılan əşyaların saxta olub-olmadığının araşdırılacağını açıqlayıb.

6,5 milyon avro qiymətində dəyərləndirilən tacların 1611-ci ilə aid olduğu bildirilir.

Qeyd edək ki, oğurluq etmiş 22 yaşlı şəxs hadisədən qısa müddət sonra ələ keçirilsə də, taclar tapılmamışdı. Polislər oğurluqda əli olan digər şəxslərin axtarışını davam etdirir.Qafqazinfo