İsmayıllıda yenə yer titrədi, zəlzələ baş verdi
Bu gecə yerli vaxtla saat 2.34-də İsmayıllı rayonunda 3 saat ərzində ardıcıl ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.
Mediainfo.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü 3.5-4 bal gücündə olub.
Zəlzələnin mərkəzi Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonunun ərazisində 10 kilometr dərinlikdə qeydə alınıb. Hələlik dağıntılar barədə hər hansı məlumat daxil olmayıb. Zəlzələ 3 bal gücündə İsmayıllıya qonşu rayonlarda da hiss edilib.
Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23-31-də İsmayıllıda baş verən ilk zəlzələ Bakıda və Ağsuda da titrəmələrə səbəb olub.
Digər xəbərlər


















































.jpg)










































