Azərbaycanlı gənclər Türkiyədə qəzaya düşüblər

Azərbaycanlı gənclər Türkiyədə qəzaya düşüblər

5 Fevral 2019 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Biləcik şəhərində Azərbaycanlı gəncin idarə etdiyi avtomobil bir fabrikin işçilərini daşıyan maşınla toqquşub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Belə ki, Kadri.D-nin idarə etdiyi avtobusun azərbaycanlı Mirabbas Seyidovun idarə etdiyi "JEEP"lə toqquşması nəticəsində avtomobildəki Mirsədi Seyidov, Ərsan Gülüm, İsvet Turan ağır yaralanıb, Qurbet. Ç və sürücü yüngül zəsarət alıb.

Ağır yaralılar təcili yardımla Biləcik Dövlət Xəstəxanasına yerləşdirilib. İsvet Turanın vəziyyəti ağırdır. Ərsan Gülüm və Mirsədi Seyidov əməliyyat edilib.

Avtobusun sürücüsü Kadri.D avtomobilin qəfildən qarşısına çıxdığını deyib. Qəzadan sonra sürücülər ifadəsi alınmaq üçün saxlanılıb.(publika.az)