
Mincəçevirdə ev yanıb
Mingəçevir şəhərində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanmışdır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Digər xəbərlər