Təyyarənin qalıqları arasından bir cəsəd tapılıb

Təyyarənin qalıqları arasından bir cəsəd tapılıb

5 Fevral 2019 06:18
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya apararkən La-Manş (İngilis kanalı) boğazında yoxa çıxan təyyarənin qalıqları suyun altında tapılıb.

Dalğıcların axtarışları nəticəsində təyyarənin qalıqlarının olduğu yerdən bir cəsəd müəyyən edilib.

İngiltərə Təyyarə Qəzalarının Araşdırma Təşkilatı (AAIB) cəsədin uzaqdan idarə edilən qurğular vasitəsilə müəyyən olunduğunu və cəsədin diaqnozu üçün 59 yaşlı pilot David İbbotson və Salanın ailəsinə məlumat verildiyini açıqlayıb.

Hazırda qalıqların ətrafında araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü(.qafqazinfo)