İndoneziyada zəlzələlər ara vermir

İndoneziyada zəlzələlər ara vermir

5 Fevral 2019 05:55
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyada zəlzələlər ara vermir və müəyyən fasilələrlə ölkə insan tələfatlarına və dağıntılara səbəb olan güclü yeraltı təkanlarla silkələnməkdə davam edir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu gecə yenə də İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Bununla bağlı ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, zəlzələnin episentri Qərbi Sumatranın Muara Sikabaluan yaşayış məntəqəsindən 131 km şimal-qərbdə olub, Zəlzələnin ocağı isə 9,9 km dərinlikdə yerləşib.

Hələlik dağıntılar və insan tələfatı barədə məlumat verilmir.