Tanınmış jurnalist hələ komadan ayılmayıb

Tanınmış jurnalist hələ komadan ayılmayıb

4 Fevral 2019 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış jurnalist, "Oxu məni" qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru Natiq Qocamanın vəziyyəti ağır olaraq qalmaqda davam edir.

Mediainfo.az-ın Natiq Qocamanın yaxınlarından aldığı məlumata görə, hazırda Mərkəzi Klinikada reanimasiyada olan Natiq Qocamanın müalicəsi üçün bütün imkanlardan istifadə edilir. "Oxu məni" qəzeti və Mediainfo.az saytı olaraq keçmiş həmtəsisçimizə və baş redaktorumuza Allahdan şəfalar arzulayırıq.

Xatıraladaq ki, Natiq Qocaman fevral ayının 1-də axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik özəl xəstəxanasına yerləşdirilib.