
Goranboyda canavarlar kəndə hücum edib
Ötən axşam Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib.
Hadisə rayonun Boluslu kəndində, Sarı Əliyevin təsərrüfatında baş verib.
Kənd sakini qoyunları həyətyanı sahədə nəzarətsiz qoyub. Həyətdəki səsə çıxan 93 yaşlı kənd sakini canavarların qoyunları parçaladığını görüb. Nəticədə canavarlar onun 7 baş qoyununu parçalayıb.
Boluslu sakinləri deyir ki, tez-tez kəndin ətrafında canavar sürüsü ilə rastlaşırlar. Yenisabah.az
Digər xəbərlər