
Soyuq hava şəraiti Böyük Britaniyanın nəqliyyat sistemində ləngimələr yaradıb
Böyük Britaniya ərazisində davam edən soyuq hava şəraiti nəticəsində nəqliyyat sistemində ləngimələr yaranıb.
Cümə günündən başlayan qarlı hava şəraiti uçuşların təxirə salınmasına və ictimai nəqliyyatda bir sıra problemlərin yaşanmasına səbəb olub.
Kardif və Bristol hava limanında uçuşlar təxirə salınıb. Uelsdə və İngiltərənin cənub bölgəsində qatarların hərəkəti dayandırılıb. Yüzlərlə məktəbdə qarlı hava şəraiti ilə əlaqədar dərslər dayandırılıb.Azərtac
Digər xəbərlər