ABŞ-da ağır yol qəzası zamanı uşaq və yeniyetmələr həlak olub

ABŞ-da ağır yol qəzası zamanı uşaq və yeniyetmələr həlak olub

3 Fevral 2019 08:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da ağır yol qəzası nəticəsində uşaq və yeniyetmələr həlak olub, daha 2 nəfər yaralanıb.

Hadisə Merilend ştatında baş verib.

Ştat polisinin saytındakı press-relizdə bildirilir ki, Prins-Corces dairəsində, yerli vaxtla saat 05:00-də baş verən ölənlər arasında 5 yaşlı uşaqdan 15 yaşlı yeniyetməyə qədər 5 nəfər var.

Onlar qəza zamanı avtomobildən çıxıblar. İstintaq güman edir ki, hadisə zamanı uşaq və yeniyetmələr təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

Yol-nəqliyyat hadisəsi zamanı həmçinin 32 yaşlı sürücü23 yaşlı sərnişin də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib.

Daha əvvəl bildirilib ki, ABŞ-ın orta qərbində müşahidə olunan şaxtalar nəticəsində azı 21 nəfər ölüb.Report