Zaqatalada ağır qəza: ölən və yaralanan var

Zaqatalada ağır qəza: ölən və yaralanan var

2 Fevral 2019 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonunda yol qəzası baş verib.

Hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayonunun Danaçı kənd sakini, 1977-ci il təvəllüdlü İsa Qurban oğlu Nuhiyev idarə etdiyi "Hunday Aksent" markalı minik avtomobilini aşırıb. Nəticədə onun yaxın qohumu - Balakən rayonunun Katex kənd sakini, 1995-ci il təvəllüdlü Abdulla Kahol oğlu Maamiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. İ.Nuhiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.Report