Masallıda və Qəbələdə yanğın olub

Masallıda və Qəbələdə yanğın olub

2 Fevral 2019 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 96 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 46 m² sahədə yanmışdır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Qəbələ rayonunda ümumi sahəsi 176 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin çardağı 30 m² sahədə və 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1970-ci il təvəllüdlü Aslanov Səbuhi Qüdrət oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.